satellite   Azerspace-1: 11135 H 30000

Qəhvə xərçənglə mübarizədə olduqca faydalıdır

Qəhvə xərçənglə mübarizədə olduqca faydalıdır

Aparılan tədqiqatlar qəhvənin xərçəngin ən geniş yayılan növü ilə mübarizədə olduqca faydalı olduğunu sübut edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “JAMA Onkology” jurnalına istinadla bildirir ki, ABŞ-dakı Dana-Farber Xərçəng İnstitutunun alimləri gündə bir neçə fincan qəhvə içməyin kolorektal, yəni yoğun bağırsaq xərçəng xəstələrinin sağqalma şansını artırdığını, vəziyyətlərini yaxşılaşdırdığını və xəstəliyin şiddətlənmə riskini azaltdığını bildiriblər.

Mütəxəssislər yoğun bağırsağın metastatik xərçəngindən müalicə olunan 1171 xəstə barədə məlumatları analiz edib. Gündəlik iki və ya daha çox fincan qəhvə içdiyini bildirənlər, qəhvə içməyənlərə nisbətən daha uzun ömür sürüblər və onlarda metastaz prosesi ləngiyib. Yəni dörd fincan qəhvə içməyin faydalı olduğu məlum olub. Hətta tərkibində kofein olmayan kofe içəndə belə, bu təsir öz qüvvəsini göstərib.

Tədqiqatçılar qeyd edib ki, qəhvənin tərkibində inkişaf etmiş xərçəngə qarşı təsir göstərən antioksidantlar və iltihab əleyhinə maddələr var.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM