Yaş saçlarla yatmağın orqanizmə zərərli təsiri

Yaş saçlarla yatmağın orqanizmə zərərli təsiri

Mütəxəssislər yaş saçla yatmağın orqanizm üçün zərərli olduğunu deyirlər, çünki bu, ilk növbədə baş dərisində yaşayan göbələklərin artmasına və kəpəyin yaranmasına səbəb olur. Gün boyu saçlar nəmli qaldıqda daha da kövrəkləşir və tökülməyə başlayır. Eyni zamanda baş, boyun və onurğa ağrılarına səbəb olur.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, həkim-terapevt Leyla Fətullayeva deyib: “Saç uzun müddət nəm qaldıqda başın dərisində göbələyin inkişafına əlverişli şərait yaranır və kəpək əmələ gələrək artıb çoxalır. Yaş saçlarla yatanda yastıq nəm qaldığı üçün toz gənələrinin inkişafına, bu isə öz növbəsində allergiya və astmanın inkişafına aparıb çıxarır. Nəm saçlarla açıq pəncərə altında yatmaq soyuqlama yaradır”.

Onun dediyinə görə, saçların uzun müddət nəm qalması immuniteti zəif olanlarda infeksiyanın yaranma riskini artırır: “Virusayoluxma, soyuqlama, hərarətin artması və digər xəstəliklərin əlamətləri müşahidə olunur. Baş yuyulduqdan sonra saç tam qurudulmalıdır ki, nəm qalmasın və həm saçın görünüşünə ziyanlı təsir göstərməsin, həm də orqanizmdə hər hansı allergiyanın inkişafına və ya hansısa xəstəliyin yaranmasına səbəb olmasın”.

Həkimlər yaş saçla uzun müddət Günəş altda qalmağı da məsləhət görmürlər, çünki Günəş şüaları saçları yandırır və tüklərin kövrəkləşməsinə səbəb olur.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM