Avqustun 6-də Azərbaycanda COVID-19 əleyhinə 1839 doza vaksin vurulub

Avqustun 6-də Azərbaycanda COVID-19 əleyhinə 1839 doza vaksin vurulub

Avqustun 6-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1 839 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 314, ikinci doza vaksinlərin sayı 172, üç və daha çox doza vaksinlərin sayı 1113, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 240-dır.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 827 min 603, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 368 min 294, ikinci mərhələ üzrə 4 milyon 858 min 790, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 344 min 797, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 255 min 722-dir.

Xəbər lenti
Çox oxunan xəbərlər