satellite   Azerspace-1: 11135 H 30000

Tədqiqatçılar qarabaşaq yarmasını çox miqdarda istehlak etməyi tövsiyə edir

Tədqiqatçılar qarabaşaq yarmasını çox miqdarda istehlak etməyi tövsiyə edir

Qarabaşaq yarmasının orqanizm üçün çoxsaylı faydaları var. Tədqiqatçılar onun yaşlanmanı yubatdığını, uzunömürlü olmağa kömək etdiyini aşkarlayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Sibir Federal Universitetinə istinadla bildirir ki, rusiyalı alimlər orqanizmdə sirtuin-1 (SIRT1) protein səviyyəsini artıran "uzunömürlülük zülalı" adlanan pəhriz hazırlayıblar. Universitetin tədqiqatçıları yaradılan pəhrizin qarabaşaq qidasına əsaslandığını qeyd ediblər. Qarabaşaq bədəndəki toksinləri xaric edir, bu da yaşlanmanı yavaşladır. Lakin qarabaşaq pəhrizi xroniki xəstəliklərdən əziyyət çəkən insanlara tövsiyə olunmur.

Sirtuin-1 zülalı hüceyrələrdəki bir çox prosesdə, o cümlədən qocalma zamanı orqanizmdə gedən dəyişikliklərdə iştirak edir. Bu zülal orqanizmdə kalorinin məhdudlaşdırılması zamanı maksimum miqdarda əmələ gəlir. Beləliklə, alimlər qeyd edir ki, orqanizm nə qədər az kalori qəbul edirsə, "uzunömürlülük zülalı" o qədər aktiv olur.

Təcrübə zamanı mütəxəssislər qarabaşaq ilə qidalanan eksperiment siçovulların çəkilərində artım müşahidə ediblər. Eyni zamanda gəmiricilərin bədənində sirtuin-1 zülal səviyyəsi 30 qat artıb.

Tədqiqatçılar qarabaşaq yarmasını çox miqdarda istehlak etməyi tövsiyə edir.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM