satellite   Azerspace-1: 11135 H 30000

Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzi yaradılıb

Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzi yaradılıb

Səhiyyə Nazirliyinin tabeliyində “Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzi” publik hüquqi şəxs yaradılıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin Nizamnaməsi və strukturu təsdiq edilib.

Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin işçilərinin say həddi 30 ştat vahidi müəyyən edilib.

Eyni zamanda müəyyən edilib ki, Koordinasiya Mərkəzinin Nizamnamə Fondu 300 000 manat təşkil edir və qurumun əsas vəsaiti hesabına formalaşır.

Koordinasiya Mərkəzi Bakı şəhərində yerləşir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM