satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda şəhid ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılır - VİDEO

Muxtar respublikada şəhid ailələrinin və müharibə iştirakçılarının sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür, bu kateqoriyadan olan vətəndaşlar mənzil və avtomobillərlə təmin olunurlar. Bu tədbirlərin davamı olaraq Şərur rayonunda Vətən müharibəsi şəhidləri Əli  Yusifov və Məmməd Zamanlının ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Bu gün hər iki ailənin üzvləri ilə görüş keçirilib, mənzillərdə aparılan təmir işləri ilə tanışlıq olub.

Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar.

Naxçıvan televiziyası İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:

Mahmud Hüseynov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM