satellite   Azerspace-1: 11135 H 30000

Mütəxəssis: Uşaqlar qaranlıqda telefon, planşet istifadə etməməlidirlər

Mütəxəssis: Uşaqlar qaranlıqda telefon, planşet istifadə etməməlidirlər

Gözlərdə batma və quruluq şikayəti son zamanlar çox rast gəlinir. Göz quruluğundan əziyyət çəkən insanların saatlarla televizor, kompüter və telefona baxmağı məsləhət görülmür.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Nigar Həsənova nazirliyin rəsmi feysbuk səhifəsində canlı yayım zamanı deyib.

“Qaranlıqda kompüter, telefon və planşetlərə baxmaq göz dibində ola biləcək xəstəliklərin cavanlaşmasına səbəb olur. Eyni zamanda yuxu hormonunun ifrazında problem yaradır, uşaqlarda isə boy hormonunun inkişafına mane olur. Ümumiyyətlə uşaqlar qaranlıqda telefon, planşet istifadə etməməlidir.

Bəzi eynəklərin insanı kompüter şüasından qoruduğu elmi baxımdan təsdiqini tapmayıb. Yəni optikada təklif edilən şüadan qoruyucu eynəklər sizin fərdi seçiminizdir, lakin onun effekti düşündüyünüz kimi olmaya bilər. Ekran qarşısında olarkən insanlar gözlərini normadan az qırpırlar. Kompüter arxasında oturanlar mütləq gözlərini tez-tez qırpmalıdır və nəmləndirici damlalardan istifadə etməlidir.

Uşaqlar arasında zəifgörmə səviyyəsi artıb. Uşaqlar görmə səviyyəsi 10-20 faiz olana qədər zəif gördüklərini hiss etmirlər”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM