satellite   Azerspace-1: 11135 H 30000

Mingəçevir Dövlət Universiteti publik hüquqi şəxsə çevrildi

Mingəçevir Dövlət Universiteti publik hüquqi şəxsə çevrildi

Mingəçevir Dövlət Universiteti publik hüquqi şəxsə çevrildi.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Baş nazir Əli Əsədov “Mingəçevir Dövlət Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında” Qərar imzalayıb. Qərara əsasən, Mingəçevir Dövlət Universiteti Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Mingəçevir Dövlət Universitetinə çevrilmə yolu ilə yenidən təşkil edilir. Həmçinin Mingəçevir Dövlət Universitetinin Nizamnaməsi təsdiq edilib. Elm və Təhsil Nazirliyi bu Qərar qüvvəyə mindiyi tarixdən 3 gün müddətində Mingəçevir Dövlət Universitetinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeydiyyata alınması üçün zəruri tədbirlərin görülməsini təmin edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM