satellite   Azerspace-1: 11135 H 30000

Vaşinqtonda Qarabağın azad olunmasının ikinci ildönümü ilə əlaqədar rəsm sərgisi təşkil ediləcək

Vaşinqtonda Qarabağın azad olunmasının ikinci ildönümü ilə əlaqədar rəsm sərgisi təşkil ediləcək

Sentyabrın 15-də ABŞ-ın paytaxtı Vaşinqtonda Qarabağın işğaldan azad edilməsinin ikinci ildönümü münasibətilə Azərbaycan əsilli amerikalı rəssam Əbülfəz Bahadurinin fərdi sərgisi nümayiş olunacaq.

Diasporla İş üzrə Dövlət Komitəsindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildiriblər ki, ADA Universitetinin Vaşinqtondakı ofisində baş tutacaq sərgidə abstrakt və kolorist rəssam kimi tanınan sənətkarın Cıdır düzünü, Şuşa qalasını, xarıbülbül çiçəyini, Qarabağ atını, xalqımızın sülh istəyini əks etdirən əsərləri təqdim ediləcək.

Qeyd edək ki, “Bülbüllərin Oyanışı” adlı rəsm əsərində Şuşada “Sarı gəlin” rəqsini ifa edən Azərbaycanın Xalq artisti Təranə Muradovanın obrazı təsvir edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM