Artıq yeni tədris ilinin başlanmasına sayılı günlər qalır. Bu ərəfədə valideynlər və müəllimlər məktəbli formaları və dərs ləvazimatları alır, yeni tədris ilinə hazırlıq görürlər. Həm valideynlərin, həm də müəllimlərin işini daha da asanlaşdırmaq məqsədilə bu gündən Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında ənənəvi məktəbli yarmarkalarına start verilib.
Naxçıvan televiziyasının əməkdaşları yarmarkaların ilk günü ilə bağlı videomaterial hazırlayıblar.
Naxçıvan televiziyası İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:
Şövkət Kərimli
