satellite   Azerspace-1: 11135 H 30000

BMT-nin məruzəsi: Yanğınlar və daşqınlar fəlakətə çevrilməməlidir

BMT-nin məruzəsi: Yanğınlar və daşqınlar fəlakətə çevrilməməlidir

Zəlzələlər, daşqınlar, istilik dalğaları və meşə yanğınları kimi təhlükəli hadisələrin hər dəfə qarşısını almaq mümkün olmasa da, onların fəsadlarını yüngülləşdirmək mümkündür.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) yeni məruzəsində deyilir.

2021-ci ildən 2022-ci ilədək olan dövrdə dünyanın hər yerində müxtəlif növ təbiət hadisələrinin – Britaniya Kolumbiyasında anomal istilərdən tutmuş Aralıq dənizi bölgəsində meşə yanğınlarınadək, Nigeriyadakı daşqınlardan Tayvandakı quraqlığadək “sarsıdıcı” artımı müşahidə olunub.

Zəlzələ, qasırğa, daşqın və digər təbii fəlakətlər on minlərlə insanın ölümünə səbəb olub və 280 milyard dollar həcmində iqtisadi itkilərlə nəticələnib.

BMT Universiteti nəzdindəki Ətraf Mühit və İnsan Təhlükəsizliyi İnstitutu tərəfindən hazırlanan “Fəlakətlərin qarşılıqlı əlaqəli riskləri” adlı son məruzəsində deyilir ki, bu fəlakətlərin çoxunda köklü səbəblər ümumidir. Eyni zamanda, tədqiqatın müəllifləri aşkar ediblər ki, fəlakətlərin qarşısının alınması və ya onlara nəzarət üzrə həll yolları da bir-biri ilə sıx bağlıdır.

Təbii fəlakətlərin həllinin təklif olunan yolları da bir-biri ilə bağlıdır. Dünyanın müxtəlif hissələrində fəlakətlərin təsirini azaltmaq üçün bir növ həll yolunu bir neçə kontekstdə tətbiq etmək mümkündür. Bundan başqa bir fəlakətlə mübarizə aparmaq üçün bir neçə həll yolu mövcuddur ki, onlar da birləşdirilərək tətbiq edildikdə daha effektli olur.

Həll yolları hökumətlər, siyasətçilər və ya özəl sektorla məhdudlaşmır. Onlar fərdi səviyyədə də həyata keçirilə bilər.

Məruzənin müəlliflərindən biri olan Cek O’Konnor deyib: “Biz icmalarımızı fəlakət baş verəcəyi hallara hazırlamaq üçün birgə işləyə bilərik. Mahiyyət ondadır ki, ayrı-ayrı insanlar kimi daha genişmiqyaslı kollektivlərin bir hissəsidir. Biz hamımız bu həll yolunun bir hissəsiyik”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM