satellite   Azerspace-1: 11135 H 30000

Babək rayonunda əmək yarmarkası keçirilib

Babək rayonunda əmək yarmarkası keçirilib

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, Babək rayonunda təşkil olunan əmək yarmarkasında işaxtaranlara 49 müəssisədən 207 boş iş yeri təqdim edilib. Yarmarkada 35 nəfərin sözügedən vakansiyalar üzrə işə göndərilməsi təmin olunub, 7 nəfərin özünüməşğulluq proqramına, 8 nəfərin isə peşə hazırlığı kurslarına cəlb edilməsi üçün qeydiyyatı aparılıb.

Növbəti əmək yarmarkası oktyabrın 21-də Şahbuz rayonunda təşkil olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM