satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda gənclər ordu sıralarına yola salınıb - FOTOLAR

Naxçıvanda gənclər ordu sıralarına yola salınıb<font color=red> - FOTOLAR</font> Naxçıvanda gənclər ordu sıralarına yola salınıb<font color=red> - FOTOLAR</font>

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu gün Naxçıvan şəhərində və Babək rayonunda gənclərin hərbi xidmətə yola salınması mərasimləri keçirilib.  

Mərasimlərdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edənlər gənc çağırışçıları qalib ordunun əsgəri adını qazanmaları münasibətilə təbrik ediblər.

Qeyd ediblər ki, Ordumuzun parlaq qələbəsi ilə başa çatan Vətən müharibəsində Naxçıvan Muxtar Respublikasından olan Vətən övladları da mətanətlə iştirak edib. Ali Baş Komandanın uğurlu siyasəti və Ordumuzun rəşadəti nəticəsində az müddət ərzində - cəmi 44 günə mənfur düşmənin ordusu darmadağın edildi, tarixi torpaqlarımız işğaldan azad olundu. Bu tarix hər bir gəncin yaddaşında daim qalmalı, Vətən övladlarının keçdikləri döyüş yolu hər bir əsgərimizə örnək olmalıdır. Ordu sıralarına yollanan gənclər xidməti dövrdə hər an döyüşə hazır, vətənə sədaqətli, ayıq-sayıq dayanmalı, əmrləri və tapşırıqları sözsüz yerinə yetirməlidirlər.      

Çağırışçılar çıxış edərək Azərbaycan əsgəri şərəfli adını daşıyacaqlarından qürurlandıqlarını dilə gətiriblər.

Mahmud Hüseynov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM