satellite   Azerspace-1: 11135 H 30000

Qədimliyi ilə seçilən Sirabın müasir mənzərəsi - VİDEO

Babək rayonunun Sirab kəndi sakinlərin rahatlığına hesablanan kompleks quruculuq işlərinin görüldüyü növbəti yaşayış məntəqəsi olub.

4 minə yaxın əhalisi olan Sirab artıq qədim tarixi ilə yanaşı, həm də müasir sosial infrastrukturu ilə diqqət cəlb edir. Muxtar respublikanın bütün bölgələrində olduğu kimi bu yaşayış məntəqəsi də aparılan kompleks tikinti-quruculuq və abadlıq işləri hesabına müasirləşib və gözəlləşib. Kənddə əhalinin firavan yaşayışı üçün ideal şərait yaradılıb. Bu il sentyabrın 26-da Sirabda tam orta məktəbin yeni binası, kənd mərkəzi və həkim ambulatoriyası təmir edilərək istifadəyə verilib. Kəndin avtomobil yollarının asfaltlanması da insanların rahatlığını təmin edib.

Naxçıvan televiziyasının əməkdaşları Sirab kəndinin müasir mənzərəsini əks etdirən videomaterial hazırlayıblar.

Naxçıvan televiziyası İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:
 

Mədinə Rəhimli

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM