satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan-Bakı reysi üzrə uçan təyyarə texniki nasazlıq səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib

Naxçıvan-Bakı reysi üzrə uçan təyyarə texniki nasazlıq səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib

“Azərbaycan Hava Yolları” aviaşirkətinin Naxçıvan-Bakı reysi (J2-256) üzrə uçan təyyarəsinin göyərtəsində salonun hermetikliyinin pozulmasını göstərən sensorun işə düşməsi nəticəsində oksigen maskaları açılıb.

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildiriblər ki, təyyarə yerli vaxt ilə saat 20:01-də ştat rejimində Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Hazırda Bakı aeroportunun texniki xidməti hava gəmisinin yoxlanışını həyata keçirir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM