satellite   Azerspace-1: 11135 H 30000

Küveyt nəşri: Çay süfrəsi Azərbaycan xalqının qonaqpərvərlik rəmzidir

Küveyt nəşri: Çay süfrəsi Azərbaycan xalqının qonaqpərvərlik rəmzidir

Küveytin “q8-press” nəşrində Azərbaycan çayının UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınması barədə məqalə dərc olunub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, məqalədə çay mədəniyyətinin Azərbaycan xalqının qonaqpərvərliyinin rəmzi olduğu qeyd edilib. Oxucuların diqqətinə çatdırılıb ki, UNESCO-nun bəyanatında Azərbaycanda çay becərilməsinin sosial əlaqələrin qurulmasına və qorunub saxlanmasına töhfə verməklə yanaşı, yaxşı qonaqpərvərliyi əks etdirən mühüm sosial adət, eyni zamanda, cəmiyyət həyatında mühüm hadisələri qeyd etmək üçün vasitə olduğu bildirilib.

Məqalədə Azərbaycanda çay becərilməsinin tarixindən, çay süfrəsi mədəniyyətindən ətraflı bəhs olunub. Müəllif qeyd edib ki, hazırda “Made in Azerbaijan” brendi ilə 25 çay növü istehsal edilir və dünyanın müxtəlif ölkələrinə ixrac olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM