satellite   Azerspace-1: 11135 H 30000

Parlament gələn il üçün yaşayış minimumunu qəbul edib

Parlament gələn il üçün yaşayış minimumunu qəbul edib

Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, qanun layihəsi parlamentin dekabrın 9-da keçirilən iclasının gündəliyinə daxil edilib.

Sənədə əsasən, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilib.

Bu Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.

Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM