satellite   Azerspace-1: 11135 H 30000

Gənclər və İdman Nazirliyinin dopinqlə mübarizə sahəsində səlahiyyətləri Səhiyyə Nazirliyinə verilib

Gənclər və İdman Nazirliyinin dopinqlə mübarizə sahəsində səlahiyyətləri Səhiyyə Nazirliyinə verilib

Gənclər və İdman Nazirliyinin idmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə çərçivəsində terapevtik istifadəyə icazə, intizam və apellyasiya qurumları yaratmaq və onların əsasnamələrini təsdiq etmək sahəsində hüququ ləğv edilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, bu, Prezident İlham Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyi haqqında Əsasnamədə edilən dəyişiklikdə əksini tapıb.

Dövlət başçısının digər fərmanı ilə “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 447-VQ nömrəli Qanununun tətbiqi barədə” fərmana edilən dəyişikliklə bu sahədə səlahiyyətlər Səhiyyə Nazirliyinə verilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM