satellite   Azerspace-1: 11135 H 30000

Culfada sərxoş halda avtomobil idarə edən şəxs həbs olunub

Culfada sərxoş halda avtomobil idarə edən şəxs həbs olunub

Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda içkili vəziyətdə avtomobil idarə edən şəxs saxlanılıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Culfa RPŞ-nin DYP qrupunun əməkdaşları Culfa şəhər Heydər Əliyev prospektində 72-BR-842 dövlət nömrə nişanlı avtomobili ciddi qayda pozuntusu törətdiyinə görə saxlayıblar.

Sürücü Ceyhun Əliyevin içkili olduğu məlum olub.

Polisin qanuni tələbinə tabe olmaq istəməyən sürücü hərəkətə davam etmək istəyərkən saxlanılaraq Culfa rayon polis şöbəsinə aparılıb və onun barəsində toplanmış materiallar Culfa rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə Ceyhun Əliyev 12 gün müddətinə inzibati qaydada həbs edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM