satellite   Azerspace-1: 11135 H 30000

Dövlət Xidməti: "Naxçıvanda apardığımız işlərin 6 ay ərzində tamamlanması planlaşdırılır"

Dövlət Xidməti: "Naxçıvanda apardığımız işlərin 6 ay ərzində tamamlanması planlaşdırılır"

Naxçıvan Muxtar Respublikasının 5 dövlət informasiya ehtiyatlarının “gov.az” zonasına köçürülməsi ilə bağlı informasiya təhlükəsizliyi üzrə audit yoxlamaları aparılır.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəisi, İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının sədri, general-leytenant İlqar Musayev deyib.

Onun sözlərinə görə, “gov.az” zonasına hazırda 6 dövlət informasiya ehtiyatı köçürülüb.

İ.Musayevin sözlərinə görə, ümumilikdə bu işlərin 6 ay ərzində tamamlanması planlaşdırılıb:

"Naxçıvan Muxtar Respublikasında dövlət qurumlarının informasiya təhlükəsizliyinin gücləndirilməsi məqsədilə “AzStateNet” Data və İnternet şəbəkələrinin Naxçıvan Muxtar Respublikasında qurulması və dövlət qurumlarının bu şəbəkəyə qoşularaq təhlükəsizliyinin gücləndirilməsi, eyni zamanda dövlət informasiya ehtiyatlarının “gov.az” zonasına keçirilməsi istiqamətində işləri davam etdiririk.

Məlumat üçün qeyd edim ki, hazırda Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası idarəsi, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Sərhəd Xidməti, Prokurorluğu, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Baş İdarəsinin “AzstateNet” Data və İnternet şəbəkələrinə qoşulması təmin edilib".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM