satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanın daxili işlər naziri Şahbuz rayonunda vətəndaşları qəbul edib - FOTOLAR

Naxçıvanın daxili işlər naziri Şahbuz rayonunda vətəndaşları qəbul edib<font color=red> - FOTOLAR</font> Naxçıvanın daxili işlər naziri Şahbuz rayonunda vətəndaşları qəbul edib<font color=red> - FOTOLAR</font>

Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, polis polkovniki Süleyman Neymətov fevralın 23-də Şahbuz rayonunda növbəti vətəndaş qəbulu keçirib.

Bu barədə Naxçıvan televiziyası İnformasiya Agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazir əvvəlcə rayonda ümummilli lider Heydər Əliyevin və Vətən müharibəsi şəhidlərinin abidə-kompleksini ziyarət edib, onların əziz xatirəsini ehtiramla yad edib.

Sonra Rayon Polis Şöbəsinin inzibati binasında qəbula gələn 44 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün nazirliyin aidiyyəti idarə rəislərinə tapşırıqlar verib.

Müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb.

Müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM