satellite   Azerspace-1: 11135 H 30000

Xidmət rəisi və icra başçısı Şahbuzda vətəndaşların müraciətini dinləyib - FOTOLAR

Xidmət rəisi və icra başçısı Şahbuzda vətəndaşların müraciətini dinləyib<font color=red> - FOTOLAR</font> Xidmət rəisi və icra başçısı Şahbuzda vətəndaşların müraciətini dinləyib<font color=red> - FOTOLAR</font>

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin rəisi Müslüm Cabbarzadə və Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rafael Babayev daşınmaz əmlak və torpaq məsələləri ilə bağlı rayon sakinlərinin müraciətini dinləyib.

Xidmətdən Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən məlumata görə, müvafiq məsələlərlə bağlı ümumilikdə 73 vətəndaş qəbul edilib. 10 vətəndaşın müraciəti yerində həllini tapıb, 36 vətəndaşa qanunvericiliklə nəzərdə tutulan tələblər izah olunub və aid qurumlara müraciət etmələri tövsiyə edilib.

Yerində həll olunması mümkün olmayan məsələlərlə bağlı 12 sakinə müvafiq sənədləri təqdim etməklə müraciət etməsi izah olunub. 15 sakinin isə müraciəti üzrə əmlaka yerində baxış keçirilərək araşdırılması və həlli istiqamətində tədbirlər görülməsi aid şöbələrə tapşırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM