satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanın prokurorluq orqanlarında kadr dəyişiklikləri olub

Naxçıvanın prokurorluq orqanlarında kadr dəyişiklikləri olub

Baş Prokurorluqdan Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən məlumata görə, baş prokuror Kamran Əliyevin əmrinə əsasən Naxçıvan MR Prokurorluğunda Prokurorluqda istintaqa nəzarət şöbəsinin rəisi Elşad Ağayevin öz arzusu ilə prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.

Naxçıvan şəhər prokurorunun müavini Zahir Həsənov vəzifəsindən azad olunaraq Şərur Rayon Prokurorluğunun böyük müstəntiqi vəzifəsinə təyin edilib.

Şərur rayon prokurorunun müavini Anar Həsənov Naxçıvan şəhər prokurorunun müavini vəzifəsinə, Şərur rayon prokurorunun böyük köməkçisi Ramiz Novruzov isə həmin rayon prokurorunun müavini vəzifəsinə təyin edilib

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Daxil işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət şöbəsinin prokuroru Sərxan Həsənzadə Culfa Rayon Prokurorluğunun müstəntiqi vəzifəsinə təyin edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM