satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda Novruz yarmarkası keçiriləcək - VİDEO

Novruz bayramı ərəfəsində Naxçıvanda bayram yarmarkası təşkil olunacaq.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən məlumata görə, Naxçıvan şəhəri Xətai küçəsində yerləşən Mərkəzi Bazarda baş tutacaq yarmarka martın 13-dən 19-dək davam edəcək.

Yarmarkada məhsullar bazar qiymətlərindən daha sərfəli qiymətlərlə alıcılara təklif ediləcək. Satışa çıxarılan məhsulların kеyfiyyətinə nəzarət etmək məqsədilə yarmarkada “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin səyyari laboratoriyası da fəaliyyət göstərəcək.

Yarmarkanın təşkilində əsas məqsəd bayram günlərində əhalinin kənd təsərrüfatı məhsullarına artan tələbatlarını yerli və sağlam məhsullarla qarşılamaq, kənd təsərrüfatçıları üçün alternativ satış kanalı təşkil etməkdir.

Muxtar respublika sakinlərini bayram yarmarkasına dəvət edirik.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM