satellite   Azerspace-1: 11135 H 30000

Müdafiə Nazirliyinin hərbi qulluqçusunun ölməsi faktı üzrə Gəncə Hərbi Prokurorluğunda cinayət işi başlanılıb

Müdafiə Nazirliyinin hərbi qulluqçusunun ölməsi faktı üzrə Gəncə Hərbi Prokurorluğunda cinayət işi başlanılıb

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Məhərrəmov Elnur Ələsgər oğlunun odlu silahdan açılmış atəş nəticəsində yaralanması, təxliyə olunarkən yolda ölməsi barədə Gəncə Hərbi Prokurorluğuna məlumat daxil olub.

Hərbi Prokurorluğun Mətbuat xidmətindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, fakt üzrə Gəncə Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və hazırda təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilir.

İstintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM