satellite   Azerspace-1: 11135 H 30000

Qəbələdə bağ sahəsində başlayan yanğın meşə ərazisinə keçib

Qəbələdə bağ sahəsində başlayan yanğın meşə ərazisinə keçib

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki,  bu gün Qəbələ rayonunun Nohurqışlaq kəndi yaxınlığında meşə ərazisindəki kolluq sahədə yanğın hadisəsi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova jurnalistlərə bildirib ki, ilkin ehtimala görə, yanğın həmin kənddə vətəndaşın bağ sahəsində xəzəlləri yandırması nəticəsində başlayıb, sonradan meşə ərazisinə keçib: “Hazırda ETSN-in yerli qurumları, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğının söndürülməsi və digər ərazilərə keçməsinin qarşısının alınması istiqamətində tədbirlər görülür”.

İ.İbrahimova yanğın hadisələrinin baş verməməsi üçün vətəndaşları yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə, odla ehtiyatlı davranmağa, yanğına şərait yaradan bütün hallardan çəkinməyə çağırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM