satellite   Azerspace-1: 11135 H 30000

Britaniya səfiri ilaxır çərşənbə münasibətilə Azərbaycan xalqını təbrik edib - VİDEO

Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Auld Novruzun sonuncu çərşənbəsi - ilaxır çərşənbə münasibətilə Azərbaycan xalqını təbrik edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi  xəbər verir ki, səfir bu barədə tviterdə paylaşım edib.

O, bu çərşənbənin torpağı simvolizə etdiyini xatırladıb.

Səfir həmçinin plastik paketlərin istifadəsi ilə bağlı qəbul edilən yeni qanundan söz açıb:

“Plastik paketlər torpağı zədələyir. Eyni zamanda Azərbaycanın gözəl təbiətini çirkləndirir”.

Diplomat hər kəsi plastikdən istifadəni azaltmağa çağırıb:

“Torpağımızı, planetimizi qorumaq üçün plastikdən istifadəni azaltmalıyıq”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM