satellite   Azerspace-1: 11135 H 30000

İrandan idxal edilən portağal və bibər məhsullarında karantin tətbiq olunan zərərli orqanizm aşkarlanıb - FOTOLAR

İrandan idxal edilən portağal və bibər məhsullarında karantin tətbiq olunan zərərli orqanizm aşkarlanıb<font color=red> - FOTOLAR</font> İrandan idxal edilən portağal və bibər məhsullarında karantin tətbiq olunan zərərli orqanizm aşkarlanıb<font color=red> - FOTOLAR</font>

Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən məlumata görə, idxalatçı şirkətlərin müraciəti əsasında götürülmüş nümunələrin müayinələri nəticəsində İran İslam Respublikasından idxal olunmuş “Ballı Store N” MMC-yə məxsus 7 372 kiloqram bibər məhsulunda qonur qırışıqlıq virusu, “Frut-ZV” MMC-yə məxsus 8 650 kiloqram və “Narnumru“ MMC-yə məxsus 21 100 kiloqram portağal məhsulunda isə sitrus tristeza virusu aşkarlanıb.

Faktlarla əlaqədar qanunvericiliyə uyğun olaraq, karantin tətbiq olunan zərərli orqanizmlə sirayətlənmiş məhsul partiyaları barədə qida təhlükəsizliyi serifikatının verilməsindən imtina edilməsi və təhlükəli məhsulların gömrük ərazisinin hüdudlarından kənarlaşdırılması və ya məhv edilməsi barədə qərarlar qəbul olunub. Verilmiş qərarlara əsasən, Qaradağ Rayon Qızıldaş Poliqonunda məhvetmə tədbiri həyata keçirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

10:07 13.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM