satellite   Azerspace-1: 11135 H 30000

Aİ: "Zelenskinin təklif etdiyi sülh düsturunu dəstəkləyirik”

Aİ: "Zelenskinin təklif etdiyi sülh düsturunu dəstəkləyirik”

“Biz Volodimir Zelenskinin təklif etdiyi 10 maddəlik sülh düsturunu dəstəkləyirik”.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Strasburqda Avropa Parlamentinin plenar iclasında çıxışı zamanı deyib.

O, Zelenskinin təklifinin ədalətli olduğunu bildirib: “Bu təklif BMT nizamnaməsinə və beynəlxalq hüquqa uyğundur. Biz beynəlxalq ictimaiyyətin bu ideya ətrafında birləşməsinə çalışırıq”.

Ş.Mişel vurğulayıb ki, məğlubiyyət Ukrayna üçün seçim deyil: “Biz ədalətli sülh üçün Ukraynanı dəstəkləməkdə davam edəcəyik. Aİ Ukraynaya lazımi dəstəyi göstərməlidir. Rusiya sülh üçün müharibəni dayandırmalı və qoşunlarını Ukrayna ərazisindən çıxarmalıdır. Təəssüf ki, biz Kremlin bunda maraqlı olduğunu görmürük. Buna baxmayaraq, biz sülh uğrunda mübarizəni davam etdiririk”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

10:07 13.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM