satellite   Azerspace-1: 11135 H 30000

“ArazNet” Naxçıvanda fəaliyyətə başlayıb - FOTOLAR

“ArazNet” Naxçıvanda  fəaliyyətə başlayıb<font color=red> - FOTOLAR</font> “ArazNet” Naxçıvanda  fəaliyyətə başlayıb<font color=red> - FOTOLAR</font>

Naxçıvanda sahibkarlıq mühitində, o cümlədən rabitə və internet texnologiyaları sahəsində rəqabət güclənir.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki,  “ArazNet” yeni tv və internet provayderinin Naxçıvan şəhərində yeni satış və xidmət mərkəzi fəaliyyətə başlayıb.

Naxçıvan şəhər Heydər Əliyev prospektində “Naxtel” MMC-nin binasında fəaliyyətə başlayan “ArazNet” tv və internet provayderi muxtar respublika sakinlərinə Fiber Optik GPON texnologiyası üzərindən yüksək sürətli internet xidmətləri təklif edir.

Xidmətdən yararlanmaq istəyənlərə peşəkar operator və avtomatik cavablandırma sistemi vasitəsilə həftənin 7 günü, günün 24 saatı məlumat xidməti göstərilir. Bununla yanaşı 707 nömrəsi ilə də əlaqə saxlamaq mümkündür. Şirkətin təklif etdiyi internet xidmətləri yüksək sürətlə yanaşı, daha sərfəli qiymətləri ilə diqqəti cəlb edir.

Qeyd edək ki, “ArazNet” xidmətlərini bütün mənzillərə qədər optik kabellər vasitəsilə çatdırır. Hazırda Naxçıvan şəhərində bəzi küçə və prospektlərdə optik kabellərin çəkilməsi işi başa çatdırılıb. Əliabad qəsəbəsi və şəhərin bir sıra digər ərazilərində xətlərin çəkilişi davam etdirilir. Quraşdırma işləri başa çatdıqdan sonra muxtar respublikanın bütün bölgələrindəki sakinlər də “ArazNet” tv və internet provayderinin təklif etdiyi xidmətlərdən yararlana biləcəklər.

Xosrov İbrahimov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM