satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvana yeni nazir və nazir müavini təyin olunub

<strong>Naxçıvana yeni nazir və nazir müavini təyin olunub</strong>

Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev vəzifəsindən azad olunub. 

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə müvafiq sərəncam imzalanıb. Nicat Babayev həmin qurumda nazir müavini vəzifəsinə təyin edilib.

Digər sərəncamla Ceyhun Cəlilov Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.

O, əvvəllər Bakıda DOST Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsində çalışıb.

Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev martın 16-da Naxçıvana gəlib. 

Ceyhun Cəlilov bu gün kollektivə təqdim ediləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM