satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanın Ombudsmanı Günay Rzayeva rayonlarda vətəndaşları qəbul edib

Naxçıvanın Ombudsmanı Günay Rzayeva rayonlarda vətəndaşları qəbul edib

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən insan hüquq və azadlıqlarının müdafiəsi, onların problemlərinin yerində öyrənilib həll edilməsi məqsədilə mart ayının birinci yarısında ombudsman Günay Rzayeva tərəfindən Culfa, Şahbuz, Babək, Şərur, Ordubad, Kəngərli və Sədərək rayonlarında vətəndaşların qəbulu keçirilib.

Qurumun mətbuat xidmətindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən məlumata görə, qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib, həlli mümkün olan müraciətlər dərhal həll edilib. Müvəkkilin ünvanına daxil olmuş 24 şikayət və 29 ərizə araşdırılması üçün icraata qəbul edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM