satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda yol-nəqliyyat hadisəsi: piyada xəsarət alıb - VİDEO

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Naxçıvan şəhərindəki İmamzadə abidəsinin qarşısında baş verib. “Vaz-2107” markalı avtomobil yolun piyada keçidindən kənar hissəsində 1960-cı il təvəllüdlü Naxçıvan şəhər sakini Nənəxanım Məmmədovanı vurub. Nəticədə piyada xəsarət alıb və  dərhal Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasına çatdırılıb.

Havanın yağıntılı olması sürücülərlə yanaşı, piyadalardan da diqqətli olmağı tələb edir. Xüsusilə piyada keçidi və zolaqlarından istifadə olunarsa, bu cür xəsarətlərlə nəticələnən xoşagəlməz hadisələr baş verməz.

Xanım Rüstəmzadə

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM