satellite   Azerspace-1: 11135 H 30000

Yanvarda Azərbaycanda 10 minə yaxın körpə doğulub

Yanvarda Azərbaycanda 10 minə yaxın körpə doğulub

Bu ilin yanvarında Azərbaycanda 9 min 935 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə doğulanların sayı 2022-ci ilin müvafiq ayı ilə müqayisədə 11,9-dan 11,5-ə enib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Dövlət Statistika Komitəsinin məlumatına istinadla bildirir ki, doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,5, qız uşaqlarının xüsusi çəkisi isə 46,5 faiz olub.

Körpələrin 296-sı əkiz, 30-u isə üçəm doğulanlardır.

Yanvar ayı ərzində ölkədə 5 min 810 ölüm halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə həmin göstərici 2022-ci ilin müvafiq ayı ilə müqayisədə 7-dən 6,8-ə qədər azalıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM