Ulu Öndərin yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycan ədliyyəsi də formalaşdı - FOTOLAR

Ulu Öndərin yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycan ədliyyəsi də formalaşdı<font color=red> - FOTOLAR</font> Ulu Öndərin yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycan ədliyyəsi də formalaşdı<font color=red> - FOTOLAR</font>

Ulu Öndərin yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycan ədliyyəsi də formalaşdı.

Bu fikirlər Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar keçirilən tədbirdə səsləndirilib.

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, tədbirdə çıxış edənlər xalqımızın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan Heydər Əliyevin mənalı və şərəfli həyat yolu, ölkə müstəqilliyi, ərazi bütövlüyü və dövlətçiliyə qarşı yönələn qəsdlərin qarşısının alınmasındakı rolundan bəhs ediblər. Həmçinin ümummilli liderin məhkəmə-hüquq sisteminin inkişafındakı müstəsna xidmətləri və hüquqi dövlət quruculuğu yolunda aparılmış islahatların əhəmiyyətindən  danışılıb.

Qeyd olunub ki, quruculuq və xilaskarlıq missiyasının öhdəsindən layiqincə gəlməklə xalqımızın ümummilli lideri zirvəsinə yüksəlmiş dünya miqyaslı dövlət xadimi Heydər Əliyevin fədakar əməyi nəticəsində ölkəmizin bugünkü inkişafına nail olunub. Ümummilli liderin yenidən hakimiyyətə qayıdışı ilə ölkə həyatının bütün sahələrində başlanmış hərtərəfli və kompleks islahatlar məhkəmə-hüquq sisteminin də beynəlxalq standartlara və demokratik prinsiplərə, milli dövlətçilik ənənələrinə uyğun təşəkkül tapmasına və Azərbaycan Ədliyyəsinin formalaşmağına səbəb oldu.

Sonra tədbir iştirakçıları Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən filmə baxıblar.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM