satellite   Azerspace-1: 11135 H 30000

Rusiya Prezidenti Azərbaycan ilə pensiya təminatına dair sənəd imzalayıb

Rusiya Prezidenti Azərbaycan ilə pensiya təminatına dair sənəd imzalayıb

Rusiya Prezidenti Vladimir Putin Rusiya ilə Azərbaycan arasında pensiya təminatı sahəsində əməkdaşlığa dair müqavilənin ratifikasiyası haqqında Qanun imzalayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, 2022-ci ildə Bakıda imzalanmış müqavilə iki ölkə arasında pensiya təminatı sahəsində əlaqələri tənzimləyir. Sənəd Azərbaycan və Rusiya vətəndaşlarının bu dövlətlərin ərazisində qazanmış olduqları pensiya və sosial sığorta üzrə digər hüquqlarının tanınması, qorunması mexanizmlərini müəyyən edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM