"Cahan Holdinq" Novruz şənliyi təşkil edib - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqı Novruz şənliyi təşkil edib. Holdinq əməkdaşları və şəhid ailələri üzvlərinin iştirakı ilə keçirilən tədbirdə bayram süfrəsi açılıb, rəngarəng musiqi nömrələri səsləndirilib.

“Cahan” Sənaye Kompleksində təşkil olunan tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının prezidenti Vüqar Abbasov tarixi əsrlərə dayanan Novruz bayramının Azərbaycan xalqının birlik və bərabərlik simvolu olduğunu vurğulayıb, tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, xalqımıza əmin-amanlıq arzulayıb.

Sonra Novruzun əsas atributlarından olan bayram tonqalı alovlandırılıb, balacaların ifasında milli rəqslərimiz nümayiş olunub.

Musiqi kollektivlərinin rəngarəng ifası və rəqs nümunələri iştirakçılarda xoş ovqat yaradıb. Şənlikdə Novruz adət-ənənələrindən nümayiş etdirilib, müxtəlif xalq oyunları təşkil olunub, qalibə hədiyyə təqdim olunub.

Bahar şənliyində iştirak edən balacalar da unudulmayıb, uşaqlar, o cümlədən şəhid övladları bayram hədiyyələri ilə sevindirilib.

Xosrov İbrahimov

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM