satellite   Azerspace-1: 11135 H 30000

İrandan Azərbaycana 41 kq narkotik keçirmək istəyən 2 nəfər tutulub - FOTOLAR

İrandan Azərbaycana 41 kq narkotik keçirmək istəyən 2 nəfər tutulub<font color=red> - FOTOLAR</font> İrandan Azərbaycana 41 kq narkotik keçirmək istəyən 2 nəfər tutulub<font color=red> - FOTOLAR</font>

Mart ayının 26-da saat 00:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Şatırlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, sərhəd naryadı tərəfindən 2 (iki) nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmaları müşahidə edilib.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən məlumata görə, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sərhəd pozucuları texniki vasitələrlə nəzarətə götürülərək saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxslərin İran İslam Respublikası vətəndaşları Germi şəhər sakinləri Əzimi Milad Əsgər oğlu və Fəllah Muhəmməd Əkbər oğlu olduqları müəyyən edilib.

Sərhəd pozucularının üzərlərinə baxış keçirilərkən ümumi çəkisi 41 kiloqram 370 qram narkotik vasitə, bir ədəd bıçaq və bir ədəd gözyaşardıcı bibər qazı aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:04 11.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM