satellite   Azerspace-1: 11135 H 30000

ANAMA: Ötən həftə 1126 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

ANAMA: Ötən həftə 1126 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildiriblər ki, martın 13-dən 25-dək Tərtər, Ağdam, Xocavənd, Laçın, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 209 mina, tank əleyhinə 400 mina və 469 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Həftə ərzində 1126 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:04 11.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM