satellite   Azerspace-1: 11135 H 30000

İƏT Kopenhagendə Qurani-Kərimin yandırılmasını pisləyən bəyanat yayıb

İƏT Kopenhagendə Qurani-Kərimin yandırılmasını pisləyən bəyanat yayıb

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibliyi martın 24-də Danimarkanın paytaxtı Kopenhagendə iki fərqli yerdə müqəddəs Qurani-Kərimin nüsxələrinin yandırılması ilə bağlı son təxribat xarakterli hərəkətləri kəskin şəkildə pisləyib.

Təşkilatın Baş katibliyindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildiriblər ki, İƏT-in bəyanatında eyni fərdi və ifrat sağ qruplar tərəfindən ifadə azadlığı adı altında törədilən bu cür təxribatların İslam və müsəlmanları hədəf alan nifrət və dözümsüzlük yaymaq məqsədi daşıdığı qeyd edilib.

İƏT-in Baş katibliyi Danimarka hökumətini bu nifrət cinayətlərini törədənlərə qarşı lazımi tədbirlər görməyə və gələcəkdə bu cür təxribatların qarşısını almağa çağırıb.

Qeyd edək ki, martın 20-də danimarkalı ifrat sağçı siyasətçi və müsəlmanlara qarşı çıxışlar edən Rasmus Pauldan Türkiyənin Kopenhagendəki səfirliyinin önündə Qurani-Kərimin nüsxəsini yandırmışdı. Onun bu təxribatı Türkiyə ilə Danimarka arasında gərginliyə səbəb olmuşdu.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:04 11.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM