Naxçıvan Şərq memarlığının möhtəşəm incilərini özündə əks etdirən tarixi, dini-mədəni abidələri ilə Türk-İslam mədəniyyətinin mühüm mərkəzlərindən biridir. Bu möhtəşəm abidələr sırasına daha biri də əlavə olunur desək, yanılmarıq. Çünki hazırda Naxçıvan şəhərində inşası davam etdirilən yeni məscid kompleksi həm quruluşu və memarlıq üslubu cəhətdən, həm də Cənubi Qafqazın ən böyük məscidlərindən biri kimi əzəmətli görkəmə malikdir.
Naxçıvan televiziyası İnformasiya Agentliyi Naxçıvan televiziyası əməkdaşlarının mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edir:
