satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda hündürlükdən dərəyə yıxılan şəxs xilas edilib - VİDEO

Ötən gecə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan şəhərində “Qızlar bulağı” adlanan ərazidə 1 nəfərin hündürlükdən yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən Naxçıvan televiziyası-a verilən xəbərə görə, məlumatla əlaqədar Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin xilasediciləri dərhal çağırış ünvanına cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 2003-cü il təvəllüdlü vətəndaş dərinliyi təqribən 5-6 metr olan dərəyə yıxılaraq təhlükəli vəziyyətdə qalıb.

Xilasedicilər zərərçəkmişə ilkin yardım göstərərək xüsusi xilasetmə vasitələri ilə dərədən çıxarıb və təcili tibbi yardım briqadasına təhvil veriblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM