satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda çörəyin qiyməti enəcək - VİDEO

İyulun 17-dən etibarən pərakəndə satış məntəqələrində 300 qramlıq çörək 45 qəpiyə yox, 40 qəpiyə satılacaq. Bu barədə Naxçıvan televiziyası-a Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən bildirilib. 

Qeyd olunub ki, daxili bazarda çörək istehsalçılarına 50 kiloqram unun 33-34 manata təklif olunduğunu nəzərə alaraq bazar ertəsindən-yəni iyul ayının 17-dən 300 qramlıq çörəyin topdansatış qiymətinin 36 qəpiyə, pərakəndə satış qiymətinin isə 40 qəpiyə satılması tövsiyə olunub.  

Çörəyin qiymətinin ucuzlaşması dünya bazarlarında taxılın ucuzlaşması ilə izah olunur.

Naxçıvan televiziyası Naxçıvan televiziyasının əməkdaşlarının mövzu ilə bağlı hazırladıqları videomaterialı təqdim edir:

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM