satellite   Azerspace-1: 11135 H 30000

Ağcabədidə uşaq incəsənət məktəbində 131 min manat yeyinti aşkarlanıb, cinayət işi açılıb

Ağcabədidə uşaq incəsənət məktəbində 131 min manat yeyinti aşkarlanıb, cinayət işi açılıb

Təhsil müəssisəsində baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb.

Ağcabədi Rayon Prokurorluğundan Naxçıvan televiziyası-a verilən məlumata görə, Üzeyir Hacıbəyli adına Ağcabədi şəhər uşaq incəsənət məktəbində yol verilən qanunsuzluqlarla bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı həmin məktəbin direktoru vəzifəsində işləmiş Sevda Malışova tərəfindən 2018-2021-ci illər ərzində tədris planlarında nəzərdə tutulandan artıq həcmdə dərs saatlarının tarifləşdirilməsi, əsassız olaraq əməkhaqqı ödənilməsi və digər yollarla dövlət büdcəsinə ümumilikdə 131 min manat maddi ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
SÜLHƏ APARAN YOL - VİDEO

19:50 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM