satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda işsizlikdən sığorta vəsaiti ilk dəfə vətəndaşlara ödənməyə başlanılıb - VİDEO

İlk dəfə Naxçıvanda ötən aydan etibarən işsizlikdən sığota vəsaiti vətəndaşlara ödənməyə başlanılıb.

Naxçıvan televiziyası xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov deyib.

O bildirib ki, 17 nəfərə artıq sığorta vəsaiti ödənilib: "İş yerindən ixtisara düşən və qanunla müəyyən olunmuş digər hallarda işçiyə, işini itirmiş şəxsə sığorta verilməlidir. Naxçıvanda ilk dəfə artıq ötən aydan biz sığorta verdik. Qanun layihəsində maddələrdən biri də həmin sığorta vəsaitinin artırılması idi. Çünki az rəqəm nəzərdə tutulmuşdur. Növbəti ildən artıq bütün vətəndaşların, hər kəsin hüququ təmin olunacaq. Burada bir məsələ də var ki, insanlar bu hüquqları barədə bilmirlər. Və maarifləndirmə nəticəsində onlar öz hüquqlarını biləcəklər, işini itirən şəxslər artıq işsizlikdən sığorta vəsaitini qanunun müəyyən etdiyi şərtlər çərçivəsində əldə edəcəklər".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM