Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası əhalinin həssas qrupuna aid olan şəhid ailəsi üzvləri və qazilərlə davamlı görüşlər keçirir, onların qayğıları ilə maraqlanır, müvafiq dəstək və yardım göstərir. Naxçıvan televiziyası xəbər verir ki, bu qayğının nəticəsi olaraq bu ay 2 nəfər - şəhid ailəsi üzvü və qazi işlə təmin olunub. Onlardan biri Vətən müharibəsi qazisi Əhmədli Nəriman Fazil oğlu Şərur Rayon Birləşmiş Həmkarlar İttifaqı Komitəsində təlimatçı vəzifəsində, digəri isə şəhid Cəfərov Cəfər İbrahim oğlunun qardaşı Cəfərov Malik Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında sürücü vəzifəsində işlə təmin olunub.
- 09:59 03.08.2023
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.
