satellite   Azerspace-1: 11135 H 30000

XRİTDX tərəfindən 373 dövlət informasiya sistemində təhlükəsizlik boşluqları və nöqsanları aşkarlanıb

XRİTDX tərəfindən 373 dövlət informasiya sistemində təhlükəsizlik boşluqları və nöqsanları aşkarlanıb

Bu ilin 1-ci yarımilində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən dövlət qurumlarında aparılan audit yoxlamaları və monitorinq nəticəsində 373 dövlət informasiya sistemində təhlükəsizlik boşluqları və nöqsanları aşkar edilib, audit hesabatları hazırlanıb, tövsiyələrlə bərabər aradan qaldırılması üçün müvafiq qurumlara təqdim edilib.

Bu barədə Naxçıvan televiziyası-a XRİTDX-dən məlumat verilib.

Qeyd edilib ki, 2022-ci ilin eyni dövrü ərzində dövlət qurumlarında aparılan audit/pentest yoxlamaları və monitorinqlər nəticəsində 221 dövlət informasiya sistemində təhlükəsizlik boşluqları və nöqsanları aşkar edilərək müvafiq qurumlara xəbərdarlıqlar edilib.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin CERT Mərkəzi tərəfindən 2014-cü ildən istifadəyə verilmiş “elektron sorğu sistemi” vasitəsilə dövlət qurumlarından 1-ci yarımil ərzində 3650 sorğu qəbul edilərək zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM