satellite   Azerspace-1: 11135 H 30000

24 Qran-Pridən ibarət mövsümə cəmi 3 mühərriklə!

24 Qran-Pridən ibarət mövsümə cəmi 3 mühərriklə!

Bu il təqvimdə yürüşlərin sayı artacaq, mühərriklərin sayı isə azalacaq.

Naxçıvan televiziyası  “f1news.ru” saytına istinadla xəbər verir ki, Beynəlxalq Avtomobil Federasiyası (FIA) güc qurğuları komponentləri üzərinə sərt məhdudiyyətlərə qayıdır. 24 Qran-Pridən ibarət mövsüm ərzində hər bir maşına üç daxili yanma mühərriki, üç “MGU-H”, “MGU-K” motor-generatoru və üç turbin quraşdırmaq olar. Sonrakı dəyişmələr cərimələr ilə nəticələnəcək.

24 yürüş üstəgəl 6 sprint – hər komponent 20 məşq, 10 təsnifat, 2 sprint və Qran-Prinin 8 distansiyasına tab gətirməlidir. Belə yüklənmə zamanı hər hansı fasilə nəticədə cəriməyə aparacaq.

FIA-nın motivasiyası aydındır: komandaların və istehsalçıların maliyyə sabitliyi, həm də motorların istehsalında karbon qazı tullantılarının şübhəli şəkildə azalması.

Çatışmayan cəhətlər daha aşkardır. Bütün mövsümün gedişi ərzində komandalar güc qurğuların potensialından 100 faiz istifadə edə bilməyəcəklər və bu da qüvvələr balansına öz təsirini göstərəcək. Təəssüf ki, start meydançasında yer itkisi ilə nəticələnən mümkün cərimələr səbəbindən Formula 1 maşınlarının potensialı tam açılmayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM