satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda 32 gəncin polis sıralarına qəbul edilməsi ilə əlaqədar andiçmə mərasimi keçirilib - FOTOLAR

Naxçıvanda 32 gəncin polis sıralarına qəbul edilməsi ilə əlaqədar andiçmə mərasimi keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda 32 gəncin polis sıralarına qəbul edilməsi ilə əlaqədar andiçmə mərasimi keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda 32 gəncin polis sıralarına qəbul edilməsi ilə əlaqədar andiçmə mərasimi keçirilib<font color=red> - FOTOLAR</font>

Naxçıvanda 32 nəfər gənc əməkdaşın polis sıralarına qəbul edilməsi ilə əlaqədar andiçmə mərasimi keçirilib.

Nazirliyin mətbuat xidmətindən Naxçıvan televiziyası-a verilən məlumata görə, onlar Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində ilkin hazırlıq kursunu bitiriblər.

Əvvəlcə mərasim iştirakçıları xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin, xidməti borcu yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Çıxış edənlər daxili işlər orqanlarının tarixi, polis andının mahiyyəti və andiçmənin əhəmiyyətindən danışıblar.

Sonra müvafiq qaydalara əsasən kursu bitirən gənc əməkdaşlar Dövlət bayrağı önündə “Polis andı”nı qəbul edib və Azərbaycan Respublikasının Dövlət Himnini oxuyublar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM