satellite   Azerspace-1: 11135 H 30000

Zaxarova İrəvanda region ölkələri ilə münasibətləri pozmağı təklif edənlərə tarix dərsliklərini oxumağı məsləhət görür

Zaxarova İrəvanda region ölkələri ilə münasibətləri pozmağı təklif edənlərə tarix dərsliklərini oxumağı məsləhət görür

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova İrəvanda region ölkələri ilə münasibətləri pozmağı təklif edənlərə tarix dərsliklərini oxumağı məsləhət görür.

Naxçıvan televiziyası xəbər verir ki, İrəvanın NATO ilə yaxınlaşmaq istəyi ilə bağlı sualı cavablandıran M. Zaxarova bunun nə qədər təhlükəli olduğunu və nəyə gətirib çıxaracağını anlamaq lazım gəldiyini qeyd edib. Onun sözlərinə görə, əvvəlcə, ölkənin əsas maraqları müəyyən edilməlidir.

Diplomat deyib: “Xəritəni açmaq və bu ölkənin hansı regionda, hansı qonşuların arasında yerləşdiyini nəzərdən keçirmək lazımdır”. O, region ölkələri ilə münasibətləri pozmağı nəzərdə tutan “hansısa” yaxınlığı müdafiə edən şəxslərə tarix dərsliklərini oxumağı məsləhət görüb.

Rusiya XİN-in rəsmi nümayəndəsi deyib: “Bu məsələlərin hamısını təhlil etmək və Ermənistanın özünün milli maraqlarının nədən ibarət olduğunu başa düşmək lazımdır”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM